Azərbaycanda sürücü jurnalistə hücum çəkdi (VİDEO)
17
avq
2015
10:09
Yol polisinin Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində apardığı reyd zamanı sənədləri yoxlanılan sürücü jurnalistə hücüm çəkib. BAKU.WS-in məlumatına görə, təhqiramiz ifadələr işlədən sürücünü polis əməkdaşları sakitləşdirsələr də, sonradan avtomobildə olan sərnişin də düşərək jurnalistin kamerasını əlindən almağa çalışıb.
Polis əməkdaşlarının sayıqlığı sayəsində xoşagəlməz hadisənin qarşısı vaxtında alınıb. Avtomobilin sürücüsü isə polislər tərəfindən ifadəsi alınmasından ötrü Cəlilabad rayon polis şöbəsinə aparılıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda polisə hücum oldu
Bakıda "saxla” əmrinə tabe olmayan şəxslər polisin xidmətini maşınını vurublar. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, a...