Bakıda evdən 58 min apardılar

Bakıda evdən 58 min apardılar
Hadisə 2756

  Bakıda polis evlərin birindən külli miqdarda vəsait oğurlayan şəxsi yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oğurluq hadisəsi avqustun 2-də baş verib. Paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlanıb. Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin üstünü açmaq mümkün olub. Hadisəni törətməkdə ittiham edilən Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulub. Ziya Səccad BAKU.WS

Son xəbərlər