Bakıda yol polisinin avtobus sürücüsünü döyməsinin səbəbi məlum oldu (VİDEO)
Ötən gün yol polisinin Bakıda avtobus sürücüsünü döyməsilə bağlı məlumat vermişdik. BAKU.WS həmin hadisənin görüntülərini ekskuliziv olaraq yaymışdı. Həmin görüntülər yayıldıqdan sonra Bakı şəhər Baş Polis İdarəsində araşdırmalar başlanılıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, araşdırmalardan sonra hadisədə kimin günahkar olduğu məlum olacaq. Qurum rəsmisi onu da bildirib ki, əgər sürücü yol polisinin haqlı tələblərinə tabe olmursa, o zaman yol polisi sürücüyə güc tətbiq edə bilər. "Əgər sürücü, vətəndaş yol polisinə müqavimət göstərirsə, ona qarşı zorakılıq edirsə, yol polisi durub baxmayacaq. Yol polisi də həm öz, həm də digər vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə sürücüyə güc nümayiş etdirə bilər. Əgər vətəndaş yol polisinə qarşı soyuq silahdan, bıçaqdan istifadə etməklə zorakılıq edirsə, yol polisi də idman fəndlərilə vətəndaşı zərərsizləşdirməlidir”, - deyə Vaqif Əsədov bildirib. Həmin hadisə ilə bağlı Nəqliyyat Nazirliyində də araşdırma aparılıb. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, həmin hadisə 3 gün bundan əvvəl baş verib. Adıçəkilən avtobus da sərnişinnəqliyyata aid olmayıb. Həmin avtobus şirkətlərdən birinə aid olub. Avtobusun içərisindəki sərnişinlər isə sürücünün ailəsi və yaxınları olub. Sürücü avtobusu yolun ortasında saxlayıbmış. Yol polisi də sürücüdən maşını kənarda saxlamağı tələb edib. Sürücü isə yol polisinə kobud cavab verib və onu söyüb. Nəticədə dava düşüb. Elə videodan görünür ki, metronun 20 yanvar stansiyası yaxınlığında bir neçə Yol Patrul Xidməti (YPX) əməkdaşı avtobus sürücüsünə qarşı güc tətbiq edir. Onların arasında Nəqliyyat Nazirliyinin əməkdaşları da var. Bundan sonra sürücü YPX əməkdaşlarına qarşı nalayiq ifadə işlədir. Yol Polisi yenidən qayıdaraq sürücünü vurmağa cəhd edir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bulvarda intihar edən gəncin kredit borcunu kim ödəyəcək?
Ötən gün Bakının Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq intihar edən Pərvin Ağayevin ölümünün səbəbi məlum olub. 25 yaşlı gənc külli miqdarda ban...