Prezident: "Azərbaycanda insanların üzü gülür"

Prezident: Azərbaycanda insanların üzü gülür
Sosial 1090

"Ölkəmizdə təhlükəsizlik, inkişaf, rahatlıq, ədalət var, sosial məsələlər həll olunur, ən əsası insanların üzü gülür".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidneti İlham Əliyev Cəlilabad rayonundakı Heydər Əliyev Seyrəngahında sakinlərlə söhbətində deyib. Dövlət başçısı burada görülmüş yenidənqurma işləri ilə tanış olub.

Dövlət başçısı seyrəngahda istirahət edən rayon sakinləri ilə görüşüb söhbət edib:

Sakinlər: "Cənab Prezident, Cəlilabada xoş gəlmisiniz. Allah Sizə uzun ömür, cansağlığı versin. Azərbaycan xalqı Heydər Əliyev ailəsinə həmişə borcludur. Hər şey gözəldir. Çox sağ olun. Siz bütün dünya dövlətlərinə sübut etdiniz ki, Azərbaycan irəli gedir. İlk Avropa Oyunları yüksək səviyyədə keçirildi. Bütün dünya gördü ki, Azərbaycan irəli gedir, daha da irəli gedəcək".

Prezident İlham Əliyev: "Sağ olun. Çox şadam ki, Cəlilabad uğurla inkişaf edir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışını etdik. Oradan çıxdım, dedim çoxdandır seyrəngahda olmamışam, gedək oraya da bir baş çəkək. Cəlilabadda çox gözəl əhval-ruhiyyə var. Rayon inkişaf edir, insanlar rahat yaşayır. Bu gün kənd yolunun açılışını etdik. Sosial obyektlər tikilir. Ən əsası ondan ibarətdir ki, sizin də qeyd etdiyiniz kimi, Azərbaycan irəli gedir, hamıdan da qabaqdadır", - deyə prezident söyləyib.

BAKU.WS 

 

Oxşar xəbərlər

Son xəbərlər