İlham Əliyev şəhidlərə görə Ərdoğana başsağlığı verdi

İlham Əliyev şəhidlərə görə Ərdoğana başsağlığı verdi
Siyasət 1415

Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 

BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Əziz Qardaşım,

Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, Türkiyə ordusu ötən gün terrorçulara qarşı əməliyyatlarda 21 şəhid verib. 

Oxşar xəbərlər

Türkiyə Ordusundan acı xəbər: 21 şəhid

Türkiyə Ordusundan acı xəbər: 21 şəhid

Türkiyə ordusu terrorçulara qarşı əməliyyatlarda 21 şəhid verib. BAKU.WS-in məlumatına görə, Hakkarinin Yüksekova bölgəsində PKK terror təşkilatının həyata ke...

1366 Hadisə 14:09 07 sentyabr 2015

Son xəbərlər