Türkiyə Ordusundan acı xəbər: 21 şəhid

Türkiyə Ordusundan acı xəbər: 21 şəhid
Hadisə 1366

Türkiyə ordusu terrorçulara qarşı əməliyyatlarda 21 şəhid verib.

BAKU.WS-in məlumatına görə, Hakkarinin Yüksekova bölgəsində PKK terror təşkilatının həyata keçirdiyi terror aktı nəticəsində ölü sayı getdikcə artır. Bölgədəki qaynaqlar əsgərlərin gecə boyunca terrorçularla döyüşdüyünü və çox sayda əsgərin yaralandığını bildiriblər.

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı dünən gecə yaydığı məlumatda şəhidlərin sayını açıqlamayıb. Bunun səbəbi olaraq isə şəhid olan əsgərlərin ailələrinə məlumat verilməməsi və itkin düşənlərin olması göstərilir. 

Bir başqa iddia isə əsgərlərin itkin düşməsi ilə bağlıdır. Baş Qərargahın gün ərzində şəhid olan və əsir düşən əsgərlərin adını açıqlayacağı gözlənilir.

ŞAHİN Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

İŞİD türk əsəgərini qaçırdı, Türkiyə əməliyyata başladı

İŞİD türk əsəgərini qaçırdı, Türkiyə əməliyyata başladı

İŞİD daha bir türk əsgərini girov götürüb. BAKU.WS məlumat verir ki, Türkiyə-Suriya sərhədində İŞİD terror təşkilatı ilə türk əsgərləri arasında atışma zamanı...

1955 Hadisə 10:50 05 sentyabr 2015

Son xəbərlər