Azərbaycan əsgəri həlak oldu
Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyi bildiri ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi: "Düşmənin 18 ölü və 50 nəfərədək yaralısı var"
"Bəzi yerli elektron KİV-lər Silahlı Qüvvələrimizin itkilər verməsi barədə mənbəyi bəlli olmayan, qeyri-dəqiq, şayiə səviyyəsində olan məlumatlar yayırlar". B...