Müdafiə Nazirliyi: "Düşmənin 18 ölü və 50 nəfərədək yaralısı var"

Müdafiə Nazirliyi: Düşmənin 18 ölü və 50 nəfərədək yaralısı var
Hadisə 1375

"Bəzi yerli elektron KİV-lər Silahlı Qüvvələrimizin itkilər verməsi barədə mənbəyi bəlli olmayan, qeyri-dəqiq, şayiə səviyyəsində olan məlumatlar yayırlar". 

Bunu BAKU.WS-in sorğusuna cavabında Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən verilən məlumata görə, Ermənistanın maraqlarına xidmət edən bu kimi xəbərlər Silahlı Qüvvələrimizin təmas xəttində qarşıdurma zamanı erməni hərbi bölmələrinə ciddi itkilər verdiyi vaxtda ortaya atılmaqla, hərbi uğurlarımıza kölgə salmaq məqsədi daşıyır.

MN bildirir ki, yalnız avqust ayı ərzində düşmən 18 ölü və 50 nəfərədək yaralı olaraq hərbi qulluqçusunu itirib. Rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır. 

Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı, təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır və eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ermənistan ordusunda ağır itki: 2 əsgər öldü

Ermənistan ordusunda ağır itki: 2 əsgər öldü

Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi d...

1542 Hadisə 15:41 28 avqust 2015

Son xəbərlər