Türkiyədə yenə terror aktı törədildi
Ötən gecə Türkiyədə daha bir terror aktı törədilib.
BAKU.WS-in məlumatına görə, Tuncelidə PKK terror təşkilatından olan bir nəfər gecə saat 23 radələrində polis bölməsinin qarşısına bir mikroavtobus yaxınlaşıb. Avtobusdan düşən terrorçu polislərə atəş açıb. Polislər terrorçunu saxlamaq üçün hərəkətə keçib. Bu zaman PKK-çı dərhal həmin ərazidən uzaqlaşıb və uzaqdan idarəetmə qurğusu ilə avtobusu partladıb. Partlayış nəticəsində bir polis ağır yaralanıb. Hadisə zamanı yaxınlıqda olan yaşlı bir qadın da xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya aparılıb. Terrorçu isə yaxınlıqdakı meşəliyə qaçıb. Meşəyə qaçan terrorçunun tutulması üçün geniş əməliyyat başlanıb. Qəsəbənin giriş və çıxışları da nəzarət altına alınıb.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda evə bıçaqla basqın etdilər: 4 nəfər qanına qəltan edildi
Ötən gecə Lənkəranda 4 nəfər evində qanına qəltan edilib. Lənkəran şəhər polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 1967-ci il təvəllüdlü Firdovs...