Kişi keçmiş arvadının rəfiqəsini zorladı
Türkiyənin İzmir şəhərində manyak kişi keçmiş arvadından intiqam almaq üçün onun rəfiqəsini zorlayıb.
BAKU.WS-in məlumatına görə, 42 yaşlı B.Behrut ilə 43 yaşlı D.R. ayrılıblar. Bir müddət sonra B.Behrut arvadı ilə yenidən barışmaq istədiyini bildirib. Lakin qadın razı olmayıb. Bundan qəzəblənən B.Behrut qadından intiqam almaq qərarına gəlib. O, gecə saatlarında içərək keçmiş arvadının rəfiqəsilə birgə kirayədə qaldığı evə soxulub. Həmin vaxt D.R. evdə olmayıb. B.Behrut keçmiş arvadının rəfiqəsini döyüb və onu soyundurub. Kişi qadının üstünə silah çəkib və onu zorlayıb. Qadını bir neçə saat zorladıqdan sonra keçmiş arvadına zəng vuran B.Behrut onu evə çağırıb.
Əgər evə gəlməsə rəfiqəsini zorlayıb öldürəcəyini deyib. D.R. dərhal polisə xəbər verib. Hadisə yerinə gedən polis zorlanmış qadını qan içində tapıb. Ona ilkin yardım göstərilib. B. Behrut isə hadisə yerində qaçıb. Lakin polis onu bir gün sonra tuta bilib. Hazırda keçmiş arvadının rəfiqəsini zorlayan kişini məhkəmənin qərarı gözləyir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Qadınların ilk uşağı sevgililərinə bənzəyə bilər (ŞOK AÇIQLAMA)
Rusiya alimləri dünyada böyük qalmaqala səbəb ola biləcək bir iddia ortaya atıblar. BAKU.WS-in məlumatına görə, Rusiyanın genetik araşdırmalar üzrə mütəxəssisl...