Qadınların ilk uşağı sevgililərinə bənzəyə bilər (ŞOK AÇIQLAMA)

Qadınların ilk uşağı sevgililərinə bənzəyə bilər (ŞOK AÇIQLAMA)
Şou-biznes 7723

  Rusiya alimləri dünyada böyük qalmaqala səbəb ola biləcək bir iddia ortaya atıblar. BAKU.WS-in məlumatına görə, Rusiyanın genetik araşdırmalar üzrə mütəxəssisləri uzun illər nəticəsində apardıqları DNT analizlərinin nəticəsində belə qənaətə gəliblər ki, yeni doğulan körpə qadının keçmiş sevgilisinə oxşaya bilər. Belə ki, körpə ana bətnində formalaşan zamanı qadının orqanizmində əvvəllər cinsi əlaqədə olduğu şəxsdən müəyyən DNT aktivliyi qalır. Həmin aktivlik hətta uzun illərdən sonra da öz qüvvəsini saxlayır. Sonradan qadın yenidən cinsi əlaqədə olan zaman, uşağı ana bətnində formalaşması zamanı həmin aktivlik mayalanmaya müdaxilə edir. Məhz bunun təsirindən də doğulan körpə fiziki atasına yox, anasının əvvəlki sevgilisinə bənzəyir. Rusiyanın DNT araşdırmaları üzrə mütəxəssisi, professor Pyotur Garyaev bu araşdırmalar barədə açıqlama verərkən bildirib ki, artıq bu məsələdə xüsusi analiz laboratoriyası da hazırlanıb. Şəxsiyyətləri açıqlanmayan bir neçə insan üzərində uzun müddət aparılan analizlər nəticəsində iddia öz təsdiqini tapıb. Belə ki, gənc qız ilk öncə qaradərili bir şəxslə cinsi əlaqədə olub. Bundan təxminən 3-4 ay sonra isə ağdərili kişilə intim münasibətə girən qadın hamilə qalıb. Doğuş zamanı dünyaya gələn körpənin həm rəngində, həm də DNT cavablarında qadının əvvəlki münasibətdə olduğu şəxsə oxşarlıq daha çox olub. Pyotur Garyaev onu da bildirib ki, əgər qeyd olunan məsələ öz təsdiqini taparsa və bu sahədə laboratoriyalar yaradılarsa, o zaman qadınların ərlərini aldatmaları mümkünsüz olacaq. Ziya Səccad BAKU.WS

Son xəbərlər