Bəşirov və oğlu dövlət malını necə taladılar?
Bakı buxtasında Xəzər Dəniz Gəmiçilik idarəsinin keçmiş rəisi Aydın Bəşirovun ailəsinə məxsus yaxtanın yoxa çıxması məsələsinə aydınlıq gəlib.
BAKU.WS-in ANS TV-yə istinadən verdiyi məlumatına görə, bəlli olub ki, yaxtanı kimsə oğurlamayıb. Amma bir neçə gün əvvəl Füzuli Abdullayev adlı şəxs Bakı buxtasındakı "Yaxt-klub”da lövbər salan 65 metrlik yaxtasının oğurlanması ilə bağlı polisə şikayət edib.
Araşdırmalar zamanı isə əslində yaxtanın oğurlanmadığı aşkara çıxdı. Ortaya çıxan daha bir maraqlı fakt isə oğurlandığı iddia olunan gəminin Aydın Bəşirovun oğluna məxsus olması idi. Deməli, Aydın Bəşirov Xəzər Dəniz Gəmiçilik idarəsinə rəhbərlik etdiyi vaxtlarda, Bakıdan İranın Ənzəli limanı marşurutu üzrə hərəkət edən "Vətən” adlı gəmini oğlunun adına özəlləşdirib.
Oğlu isə özləlləşdirilən dövlət əmlakını yaxta kimi yenidən qurdurub.
Bu məlumatları Xəzər Dəniz Gəmiçilik İdarəsində də təsdiqləyirlər. Düzdür yaxtanın sahibinin soyadı Bəşirov olmasa da, keçmiş rəis Fizuli adlı şəxsin oğlu olduğunu bəyan edib.
Necə olur ki, bir məmur övladı dövlət əmlakını özəlləşdirir və onun saxlanılmasına küllü miqdarda vəsait sərf edir. Axı yaxtanın saxlanılma xərcləri az deyil.
Nəzərə alsaq ki, Aydın Bəşirovun məmur işlədiyi zaman dövlətdən alğdığı məvacib 1500-2000 manat arasında olub. Bəs bununla yaxtanı necə saxlamaq olar. Elə bu zaman ortaya çoxlu suallar çıxır.
"Məmurların, eləcə də dövlət qulluqçuların əmək haqları, onların böyük məbləğdə və bahalı dövlət əmlakının özəlləşdirməsinə imkan vermir. Əgər aldığı həmin əmək haqqı ilə məmur yaşıyıbsa və işləyibsə, həmin məmurun həmin əmlakı almaqla bağlı ödəniş etmək imkanı yoxdur. Amma təəssüflər olsun ki, məmurlar və onların övladları bahalı dövlət əmlakını ona görə alırlar ki, həmin qurumlarda korrupsiya halları baş verir”, - deyə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Baxmayaraq ki, prezident İlham Əliyev müşavirələrində dəfələrlə məmurların, onların övladlarının qeyri-qanuni əməllərini tənqid edib.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Xəzər dənizində balıqlar kütləvi tələf olur?
Bir sıra kütləvi informasiya vasitələrindən daxil olan sorğuya görə, Rusiya Federasiyasının Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi təl...