Kişi borc üstündə qohumunun evini gülləbaran etdi

Kişi borc üstündə qohumunun evini gülləbaran etdi
Hadisə 1267

  Ağcabədi rayonunda qohumlar arasında insident olub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini Əli Əliyev qohumluq əlaqəsi olan İdris Əhmədovun evinin pəncərəsinə ov tüfəngindən atəş açıb. Evin pəncərəsinə zərər dəysə də, xəsarət alan olmayıb. Hadisənin borc üstündə baş verdiyi bildirilir. Belə ki, 44 yaşlı  Əli Əliyev İdris Əhmədovdan borc pul alıb və geri qaytarmayıb. Nəticədə tərəflər arasında mübahisə baş verib. Ə. Əliyev borclu olduğu qohumunun həyətinə gəlib və evə atəş açıb. Ə. Əliyev Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda qadın onu şantaj edən kişinin başına oyun açdı

Azərbaycanda qadın onu şantaj edən kişinin başına oyun açdı

Qax şəhərində kişi qadını şantaj edib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qadını əxlaqsız hərəkətlər edərk...

19914 Hadisə 14:12 05 avqust 2015

Son xəbərlər