İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi
Siyasət 4

Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

BAKU.WS-in məlumatına görə, dövlət başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib. İlham Əliyev Türkiyə Respublikasının prezidenti və şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev bu dəhşətli terror aktının törədilməsinin Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost və qardaş Türkiyə xalqının yanında olduğunu bildirib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BAKU.WS

Oxşar xəbərlər

Prezident gömrük prosedurlarından danışdı

Prezident gömrük prosedurlarından danışdı

"Azərbaycanda gömrük sisteminin müasirləşdirilməsi məqsədilə bir çox praktiki addımlar atılır. Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi istiqamətind...

1492 İqtisadiyyat 15:30 07 sentyabr 2015

Son xəbərlər