7 bal gücündəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 2 milyon ayrıldı
Şəkidə 7 bal gücündə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 2 milyon manat vəsait ayrılıb. BAKU.WS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Baş nazirin müavini Abid Şərifov bildirib ki, zəlzələ baş verən qəsəbədə 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, bəzilərində çatlar yaranıb. Dövlət başçısının göstərişi və Nazirlər Kabinetinin sərəncamı ilə bu fəsadların aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Araşdırmalar nəticəsində başqa fəsadlar müəyyən olunarsa bu fəsadların aradan qaldırılması üçün də tədbirlər görüləcək. Zəlzələ yüksək balla olsa da insan tələfatı və xəsarət alan olmayıb,- deyə Abid Şərifov bildirib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu
Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlayışı nəticəsində 19 yaşlı qız həlak olub. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan m...