İlham Əliyev gecə klubundakı yanğına görə başsağlığı verdi

İlham Əliyev gecə klubundakı yanğına görə başsağlığı verdi
Digər 1557

 

Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın prezidenti Klaus İohannisə başsağlığı verib. 

BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir: 

"Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Xatırladaq ki, ötən gün Rumıniyanın paytaxtındakı gecə klublarından birində yanğın baş verib. Hadisə nəticəsində, əsasən yeniyetmələr və gənclər olmaqla, 27 nəfər dünyasını dəyişib. "Cloectiv" klubunda yanğın cümə günü gecə saatlarında başlayıb və hadisə klubun çıxışında sıxlığa səbəb olub.

Yanğın hadisəsindən zərər çəkmiş 155 nəfərə hospitalda yardım göstərilib. Yanğına səbəbin klubun içindəki atəşfəşanlığın olduğu güman edilir.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev həmkarına Pakistandakı faciə ilə bağlı başsağlığı verdi

İlham Əliyev həmkarına Pakistandakı faciə ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə, məktubda deyilir:...

804 Siyasət 17:44 27 oktyabr 2015

Son xəbərlər