Qadın futbolçular arasında dava düşdü: Xəstəxanaya düşənlər oldu (VİDEO)
16
yan
2018
12:10
Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunun bitməsinə az qalmış matçda dava düşüb. Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib. Qadın futbolçuların davasına məşqçilər və polislər müdaxilə edib. Oyunun baş hakimi görüşü yarımçıq dayandırıb. Futbolçuların arasında ciddi xəsarət alanlar da olub. Bəzi futbolçuları xəstəxanaya aparıblar. Qeyd edək ki, meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb. İmanBAKU.WS
Oxşar xəbərlər
Biləsuvarda pambıq yığan qadınlar arasında dava düşdü - Xəsarət alanlar var
Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb. BAKU.WS "Report”a istinad'n xəbər verir ki, dava zamanı iki qadın ağır bədən xəsarətləri...