Bakıda qadın ofisiantlar arasında dava düşüb, bir nəfər bıçaqlanıb
25
yan
2017
10:22
Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Binəqədi qəsəbəsində məhəllədə fəaliyyət göstərən kafedə iki qadın ofisiant arasında dava düşüb. Mübahisə zamanı Xəyalə Əsgərova həmkarı Aynur Kərimovanın ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan A.Kərimova 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları X.Əsgərovanı şübhəli şəxs qismində saxlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kafelərdən birində dava düşüb, iki nəfər bıçaqlanıb
Bakıda kafelərdən birində dava düşüb. "Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 14 ünvanında yerləşən kafedə qeydə alınıb. Burada n...