Bakıda nurçulara qarşı əməliyyat keçirilib
Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb.
"Report"un xəbərinə görə, hadisə ötən gecə Şərifzadə küçəsi, "Kaktus" restoranının yaxınlığında qeydə alınıb.
Belə ki, 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə mübahisə və əlbəyaxa dava olub. Dava bitdikdən sonra tərəflər barışığa dəvət edilib. Əvvəllər məhkum olunmuş Sahil adlı şəxslə Tural Musayev barışıq əlaməti olaraq qucaqlaşmaq üçün yaxınlaşıb. Bu zaman Sahil cibindəki ülgüclə T.Musayevin üzünün hər iki tərəfinə xəsarət yetirib. Üz nahiyəsi iki yerə ayrılan T.Musayev 1 saylı Şəhər Kliniki Mərkəzə çatdırılıb. Onun üzərində keçirilən əməliyyat bir neçə saat davam edib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Dava zamanı Ceyhun adlı şəxsin də kəsici alətdən istifadə etdiyi məlum olub.
Araşdırmalar davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kütləvi dava düşüb, 30 yaşlı kişinin üzü doğranıb
Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə ötən gec...