Bakıda toyda viski üstündə kütləvi dava, yaralananlar var

Bakıda toyda viski üstündə kütləvi dava, yaralananlar var
Hadisə 4859

 

Nizami rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib.

"Report" xəbər verir ki, rayon ərazisində yerləşən "R.A.S" şadlıq evində keçirilən toy mərasimində iştirak edən qonaq inzibatçıdan viski istəyib.

İnzibatçı viskinin olmadığını deməsindən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə daha sonda əlbəyaxa davaya çevrilib. 

Davaya ofisiant və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin - 21 yaşlı Araz Tağıyevin vəziyyəti ağırdır.  

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. 

Faktla bağlı araşdırma aparılır.

 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda toyda kütləvi dava: xəsarət alan var

Azərbaycanda toyda kütləvi dava: xəsarət alan var

Samux rayonunun Seyidlər kəndində keçirilmiş toy mərasimində kütləvi dava baş verib. BAKU.WS Report-a istinadla xəbər verir ki, dava zamanı bir nəfər xəsarət a...

2511 Hadisə 09:37 26 sentyabr 2016

Son xəbərlər