Azərbaycanda şadlıq evinin müdirinin oğlu qonaqlarla əlbəyaxa oldu
24
avq
2015
11:20
Ucar rayonunda toyda əlbəyaxa dava düşüb.
BAKU.WS-in məlumatına görə, hadisə "Xan Sarayı"şadlıq evində qeydə alınıb. Olay avqust ayının 22-də axşam saatlarında baş verib. Toya gələn qonaqlardan biri şadlıq sarayının müdirinin oğlu ilə mübahisə edib. Daha sonra mübhahisə əlbəyaxa davaya keçib. Hadisə yerinə polis çağırılıb və iki nəfər saxlanılaraq şöbəyə aparılıb. İzahatları alınandan sonra onları buraxıblar. İlkin məlumata görə, dava qonaqlarla kobud rəftar üstündə düşüb. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Şadlıq evində yanğın oldu
Bakıda şadlıq evində yanğın olub. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri Xətai rayonun...