Bakıda kütləvi zəhərlənmə qeydə alınan şadlıq sarayı bağlandı (RƏSMİ QƏRAR)

Bakıda kütləvi zəhərlənmə qeydə alınan şadlıq sarayı bağlandı (RƏSMİ QƏRAR)
Hadisə 2464

  Kütləvi zəhərlənmə ilə əlaqədar "Zəngəzur” şadlıq sarayı bağlanıb.

Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda şadlıq sarayında yoxlamalar aparılır. "İndi laborator müayinələr aparılır. İlkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb. Bundan başqa, aşpazın və ofisiantların xalatlarında, əllərində çirklənmələr qeydə alınıb”, - deyə İmran Abdullayev bildirib. Şöbə müdiri deyir ki, araşdırmalar zamanı restoranda köhnə yeməklərin də müştərilərə verildiyi məlum olub: "İndi araşdırmalar aparılır. Laboratoriyanın nəticələrinə uyğun olaraq, restoranın fəaliyyətinin bərpa ediləcəyi, yaxud bağlı qalacağı məlum olacaq”. Xatırladaq ki, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib. Toydan sonra 77 nəfər zəhərlənib. Zəhərlənənlər arasında 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir. Onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir. Profilaktik tədbirlər görülür. Xəstələrdən laborator müayinə üçün nümunələr götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı” ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Son xəbərlər