Bakıda 30-dan çox dönərxana bağlandı
İyul ayında Bakıda aparılan yoxlamalar nəticəsində 30-dan çox dönər satılan obyekt bağlanıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin BAKU.WS-ə verdiyi məlumata görə, dönərxanalar toyuq dönəri satıldığı və obyektdə antisanitariya hökm sürdüyü üçün bağlanıb. "Biz dəfələrlə xəbərdarlıq etmişik ki, toyuq dönərinin satışı qadağandır. Lakin hələ də buna əhəmiyyət verməyənlər var. Belə hallarda biz həmin obyektlərin fəaliyyətinin dayandırılması üçün qərar veririk”, - deyə İmran Abdullayev bildirib. O, iaşə obyektlərində nöqsanların aradan qaldırılması üçün ictimai qınağın da vacib olduğunu vurğulayıb: "Əvvəlki illərlə müqayisədə bəzi obyektlərdə nöqsanların təkrarlanmaması istiqamətində irəliləyişlər var. Bu da insanların həmin obyektlərlə alver etməməsi səbəbindəndir. Əgər alıcı satılan məhsulun aşağı keyfiyyətdə olduğunu görürsə, mütləq ondan imtina etsin”. İmran Abdullayev gələcəkdə də belə reydlərin keçiriləcəyini qeyd edib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Polis: "Bakı küçələrində öpüşmək cinayət deyil"
Şəkidən Bakıya qohumlarına qonaq gələn 23 yaşlı Cahangir Əliyev şəhərdə cavanlıq etmək fikrinə düşür. O, ilk öncə çoxdan tanıdığı 20 yaşlı Nülufər Qasımova ilə...