Biləsuvarda pambıq yığan qadınlar arasında dava düşdü - Xəsarət alanlar var
07
noy
2017
21:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb. BAKU.WS "Report”a istinad'n xəbər verir ki, dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb. Belə ki, xəsarət alan qadınlar - rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir - biri ilə mübahisə ediblər. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Toyda kütləvi dava: Yaralananlar var
Neftçalada toyda kütləvi dava olub.BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndindəki şadlıq sarayında qeydə alınıb.Belə ki, toyda baş...