Bakıda qadınlar arasında kütləvi dava: 3 nəfər xəstəxanalıq oldu
Bakının Suraxanı rayonu ərazisində qaraçı qadınlar arasında kütləvi dava baş verib.
BAKU.WS report.az-a istinadən bildirir ki, nəticədə 3 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Suraxanı qəsəbəsinin Zahid Əliyev küçəsində 1988-ci il təvəllüdlü Mənzərova Nigar Sənan qızı aralarında yaranan mübahisə zəminində şüşə parçası ilə baldızı, 1989-cu il təvəllüdlü Yolçuyeva Aidə Niyaz qızının boğazını kəsib. Onları ayırmağa çalışan qonşu İsmayılova Aidə Bilal qızı isə qolundan kəsik xəsarətləri alıb. Bu zaman davaya müdaxilə edən Yolçuyeva Aidənin həyat yoldaşı qisas məqsədi ilə bacısı Nigarın üz nahiyəsinə bıçaq xəsarəti yetirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda gecə klubunda dava-Ərəbi döydülər
Bakıda gecə klubunda kütləvi dava düşüb. BAKU.WS "Report"-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Xəqani küçəsində yerləşən...