Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
28
okt
2026
08:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğurla çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə dönüblər.
BAKU.WS "Report"a istinadən xəbər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb
"Qarabağ" klubu futbolçusu Abbas Hüseynovla yollarını ayırıb. Klubun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2017-ci ildən komandada çıxış edən müd...