Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən intensiv yağıntılar və güclü sel nəticəsində ziyan dəymiş yol infrastrukturunun bərpası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qaradağ rayonunda daha bir körpünün tikintisi başa çatdırılıb.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində güclü sel sularının təsiri nəticəsində dağılmış körpünün əvəzinə yeni, biraşırımlı körpü inşa edilib.
Layihə çərçivəsində sel nəticəsində sıradan çıxmış körpü qurğusu yenisi ilə əvəz olunaraq yolun həmin hissəsində nəqliyyat infrastrukturunun bərpası təmin edilib.
Yeni körpünün inşası avtomobil yolunun dayanıqlığının artırılması, nəqliyyat əlaqəsinin etibarlılığının təmin olunması, həmçinin nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti baxımından mühüm əhəmiyyət daşıyır.
Görülən işlər nəticəsində selin yol infrastrukturuna vurduğu ziyanın aradan qaldırılması istiqamətində daha bir mühüm bərpa layihəsi yekunlaşdırılıb.
Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.
Oxşar xəbərlər
Bəzi rayonlarda işıq olmayacaq
Oktyabrın 28-də Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq...