Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna qurumdan cavab verilib.
Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazları ilə təmin olunacaq və digər müvafiq və zəruri tədbirlər görüləcək.
Məlumat üçün bildirək ki, avtomatik xarici defibrilyatorlar (AED) ürəyin qəfil dayanması (klinik ölüm) zamanı həyat qurtarmaq üçün nəzərdə tutulmuş, ürəyə elektroşok verərək onun normal ritmini bərpa edən portativ tibbi cihazdır.
Oxşar xəbərlər
Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir
Azərbaycanda tərkibində 4 dəfədən artıq nitrat olan kartof satıldığı iddia edilir. BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib. Pa...