Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu

Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu
Hadisə 48

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə çıxışlarından sonra hökm elan olunub.

Hökmə əsasən, Gülnar Müzəffərova 15 il 6 ay, həyat yoldaşı Elşən Müzəffərov və qaynı Qasım Xankişiyev isə hər biri 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, əvvəlki prosesdə prokuror dövlət ittihamını müdafiə edərək Gülnar Müzəffərovanın 17 il, Elşən Müzəffərov və Qasım Xankişiyevin isə hər birinin 18 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.

İttihama görə, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları - 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb. Meyiti isə həmin həyətdə basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən ər-arvad hadisədən sonra saxlanılıblar. İbtidai istintaq zamanı cinayətdə iştirak etməkdə şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən edilərək saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) ilə ittiham irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər