Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Vladimir Putin Azərbaycanın enerji sektoru da daxil olmaqla, Rusiya üçün etibarlı və əhəmiyyətli tərəfdaş olduğunu bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Azərbaycan bizim bir çox istiqamətlər üzrə, həmçinin də energetika sahəsində sabit və yaxşı tərəfdaşımızdır", - deyə Rusiya lideri vurğulayıb.
Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə davamlı və aktiv ünsiyyətdə olduğunu vurğulayıb.
Qeyd edilib ki, liderlər arasında aparılan bu danışıqlar xüsusilə energetika sektorunda ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini əhatə edir.
Oxşar xəbərlər
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədr...