Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
BAKU.WS xəbər verir ki, söhbət zamanı ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycan Ağsaqqallar Şurası ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə toxunulub.
Görüşdə Azərbaycanın qlobal müstəvidə İslam mədəniyyətini və onun fundamental dəyərlərini fəal şəkildə təbliğ etdiyi, bu sahəyə davamlı töhfələr verdiyi diqqətə çatdırılıb.
Vurğulanıb ki, 2027-ci ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində mühüm məsələlər müzakirə olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb. BAKU.WS xəbər ver...