Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda iqtisadi rəqabətliliyin artırılması üzrə Süni İntellekt Rəsədxanası yaradılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında bildirib.
"Bu gün İqtisadiyyat Nazirliyi və ADA Universiteti Süni İntellekt Mərkəzi (AI HUB) çərçivəsində rəqabətlilik və iqtisadi transformasiya üzrə Süni İntellekt Rəsədxanasının (AI Azerbaijan Observatory) yaradılması və inkişafı ilə bağlı çərçivə əməkdaşlıq sazişi imzalayır. Rəsədxana biliklərin yaradılması və Azərbaycanın iqtisadi inkişafı ilə bağlı dialoqun dəstəklənməsi məqsədilə akademik dairələri, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirəcək. Onun fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlıq və rəqabətliliyin artırılması, eləcə də beynəlxalq müqayisələr üzrə tətbiqi tədqiqatlara yönələcək. Bu tədqiqatlar qlobal təcrübənin öyrənilməsinə və əldə olunan nəticələrin praktiki siyasət tövsiyələrinə çevrilməsinə xidmət edəcək. İnanırıq ki, Süni İntellekt Mərkəzi insan kapitalının inkişafına, Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsinə və innovasiya potensialının artırılmasına töhfə verəcək. Məqsəd beynəlxalq bilik və təcrübəni ölkənin iqtisadi prioritetləri ilə əlaqələndirmək, insan kapitalına yatırılan investisiyaları yüksək məhsuldarlığa və real iqtisadi nəticələrə çevirməkdir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
ADY yeni rayonlararası sərnişin qatarları alır
"Azərbaycan Dəmir Yolları" (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hərəkət tərkibinin yenilənməsi və dəmir yolu ilə sərnişindaşıma coğra...