Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək

Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək
İqtisadiyyat 14

Gələn il aprelin 19-dan 21-dək Bakıda "AAPG Caspian & Black Sea Oil & Gas Conference 2027" beynəlxalq konfransı keçiriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbir neft-qaz sənayesinin top-menecerlərini, dövlət qurumlarının nümayəndələrini, milli və beynəlxalq neft-qaz şirkətlərini, investorları, eləcə də texniki mütəxəssisləri bir araya gətirəcək. İştirakçılar Xəzər və Qara dəniz regionlarında neft-qaz sektorunun inkişafının əsas trendlərini və perspektivlərini müzakirə edəcəklər.

Regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində bu hövzələrin strateji əhəmiyyəti nəzərə alınaraq, nümayəndələrin əsas diqqəti kəşfiyyat və hasilatın (Upstream), o cümlədən offşor layihələrinin inkişafı, ixrac infrastrukturunun şaxələndirilməsi, normativ-hüquqi tənzimləmə və geosiyasi amillər məsələlərinə yönəldiləcək. Bundan əlavə, gündəlikdə investisiya mexanizmləri, qaz resurslarının monetizasiyası, innovativ texnologiyaların tətbiqi və enerji keçidi çərçivəsində həllərin inteqrasiyası mövzuları əhəmiyyətli yer tutacaq.

"AAPG Caspian & Black Sea Oil & Gas Conference 2027" konfransı "Energetikanın dinamik gələcəyi üçün geoloji həllər" devizi altında keçiriləcək. Forumun proqramı texniki sessiyaların, praktik seminarların və tematik sərginin keçirilməsini nəzərdə tutur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər