55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?
Paytaxtda köhnə avtobuslarla bağlı problemlər davam edir. Növbəti şikayət Sabunçu və Yeni Günəşli qəsəbələri istiqamətində hərəkət edən 55 nömrəli marşrutla bağlıdır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən marşrut xətti üzrə avtobuslar köhnə olduğu üçün tez-tez yolda nasazlıq halları baş verir. Bu vəziyyət avtobusların hərəkət intervalına da təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, 55 nömrəli marşrut xəttində avtobusların bir qismi yenilənib. Proses davam etdirilir.
"Marşrutun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervalın pozulması ilə nəticələnə bilir. Buna baxmayaraq, daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkibl...