Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər"

Kardinal: Vatican Newsda erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər
Siyasət 6

Vatikanın informasiya agentliyi olan "Vatican News" nəşrində erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər.

BAKU.WS xəbər verir ki, Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti, kardinal Corc Ceykob Kuvakad Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin əsaslı dəlillər təqdim etməsindən sonra bu qərara gəlib.

Belə ki, bütün Qafqazın şeyxi son vaxtlar "Vatican News"da bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığını bildirib və bununla bağlı əsaslı dəlillər təqdim edib.

Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini bildirən Kardinal Kuvakad problemin aradan qaldırılacağını vurğulayıb.

Son xəbərlər