Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb
2026-cı ilin sentyabr ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil edib.
BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində öz əskini tapıb.
Qeyd edilir ki, bu məbləğin 7 milyard 755 milyon manatı elektron ticarət vasitəsilə aparılan əməliyyatların payına düşüb.
POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 1 milyard 220 milyon manat, bankomat və özünəxidmət terminalları vasitəsilə isə təxminən 2 milyon manat olub.
Elektron ticarət sentyabrda ölkədaxili kartlarla nağdsız ödənişlərin həcminin təxminən 86,4%-ni təşkil edib.
Ümumilikdə, yanvar–sentyabr aylarında kartlarla ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrünə nisbətən 11,7% artıb. Bu dövrdə nağdsız əməliyyatların ölkədaxili kart əməliyyatlarının ümumi həcmində payı 69,7% olub.
Oxşar xəbərlər
Azeri Light neftinin qiyməti 127,6 dollara yüksəldi
Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,01 dollar və ya...