Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb

Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb
Foto
Sosial 36

Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibətilə tədbirlər keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə çıxış edənlər toplanışlar müddətində müxtəlif ixtisaslar üzrə keçirilən nəzəri və praktiki məşğələlərin hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini bildiriblər.

Qeyd olunub ki, təlim toplanışlarında qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

Sonra toplanışlarda fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.

Tədbirlər şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər