Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub

Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub
Hadisə 96

Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin teatrın əməkdaşı Aynurə Zaməddin qızı Əkbərova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə A.Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.

Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Rüfət oğlu Əhmədzadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlarla bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Qeyd edək ki, A.Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər