Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaronun həyat yoldaşı və qızları ilə birlikdə ölkəni tərk edərək ABŞ-yə getdiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb. Telekanalın mənbələri senatorun ABŞ-yə çatdığını təsdiqləyib.
Məlumata görə, Flavio Bolsonaro atası, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun yolunu davam etdirib. Belə ki, Jair Bolsonaro da 2022-ci ildə keçirilən prezident seçkilərində Luiz İnasio Lula da Silvaya məğlub olduqdan sonra ABŞ-yə getmişdi.
Bildirilib ki, Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleksandr de Morais daha əvvəl senatorun adi və diplomatik pasportlarını polisə təhvil verməsini tələb edib. Bundan əlavə, çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində onun ölkədən çıxmasına qadağa qoyulduğu qeyd olunur.
"Folha de S.Paulo" qəzeti Flavio Bolsonaronun gizli şəkildə Argentina sərhədini keçərək, oradan şəxsi təyyarə ilə ABŞ-yə uçmuş ola biləcəyini yazmışdı.
Lakin Braziliya və Argentina miqrasiya xidmətlərinin məlumatlarında senatorun sərhədi rəsmi qaydada keçməsi qeydə alınmayıb.
Hazırda onun ölkədən hansı marşrutla getdiyi ilə bağlı məlumatlar tam aydın deyil
Oxşar xəbərlər
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda "süni intellekt" (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşd...