Bakıda ticarət mərkəzində kütləvi dava: 1 ağır yaralı

Bakıda ticarət mərkəzində kütləvi dava: 1 ağır yaralı
Hadisə 2490

Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka”sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Gənclik Mall”un qarşısında kütləvi dava: bıçaqlanan gənc qanaxmadan huşunu itirdi

“Gənclik Mall”un qarşısında kütləvi dava: bıçaqlanan gənc qanaxmadan huşunu itirdi

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb. "Report"un xəbərinə görə, "Gənclik Mall"...

2690 Hadisə 14:25 10 fevral 2017

Son xəbərlər