“Gənclik Mall”un qarşısında kütləvi dava: bıçaqlanan gənc qanaxmadan huşunu itirdi
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.
"Report"un xəbərinə görə, "Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın ofisiantlar arasında dava düşüb, bir nəfər bıçaqlanıb
Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Binəqədi qəsəbəsində məhəllədə...