Ramazan ayında toy etdilər, sərxoş gənclər kütləvi dava saldı
18
iyn
2017
11:44
Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
BAKU.WS-in report-a istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhərində toy mərasimi zamanı, sərxoş gənclər arasında qeydə alınıb.
Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKU.WS
Oxşar xəbərlər
Məktəblilər arasında kütləvi dava qanla bitdi
Goranboy rayonunda məktəblilər arasında kütləvi dava düşüb. BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün...