Bakıda kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb (VİDEO)

Bakıda kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb (VİDEO)
Video
Hadisə 2686

 

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

"Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.

X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə "Edem" sağlamlıq mərkəzinin qarşısında baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda ticarət mərkəzində kütləvi dava: 1 ağır yaralı

Bakıda ticarət mərkəzində kütləvi dava: 1 ağır yaralı

Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki...

2490 Hadisə 12:08 13 fevral 2017

Son xəbərlər