Məktəblilər arasında kütləvi dava qanla bitdi

Məktəblilər arasında kütləvi dava qanla bitdi
Hadisə 2146
 

Goranboy rayonunda məktəblilər arasında kütləvi dava düşüb.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib.

Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Göranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alan şəxsə həkimlər tərəfindən tibb yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir. Hadisə şahidlərinin veridyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb. Lakin V.Məmmədov başından aldığı xəsarətlərdən huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Məktəblilər arasında düşən davanın səbəbi isə hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Paytaxtın məşhur bazarında kütləvi dava baş verib

Paytaxtın məşhur bazarında kütləvi dava baş verib

Bakının Nizami rayonunda kütləvi dava baş verib. "Report" xəbər verir ki, dava "8-ci kilometr bazarı"nda qeydə alınıb. İnsident zamanı həbsdən yeni çıxmış 197...

5862 Hadisə 08:53 22 may 2017

Son xəbərlər