Parlamentdə dava düşdü - Millət vəkilləri yaralandı - VİDEO
Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı dava düşüb.
BAKU.WS xəbər verir ki, insident müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri ilə hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan millət vəkilləri arasında düşüb. Belə ki, 3-cü maddənin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt millət vəkilləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.
Dava zamanı bir neçə millət vəkili yaralanıb.
Daha sonra isə maddə qəbul olunub. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin yeni maddəyə əsasən bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Millət vəkilləri Lənkəranskinin 40 mərasiminə qatıldı - FOTOLAR
Bir müddət əvvəl qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin bu gün Lənkəran şəhərində 40 mərasimi keçirilir. Qafqazinfo xəbər verir ki, Kiçik Baz...