Rusiyanın Olimpiya yığmasının üzvləri dalaşdı, kütləvi dava düşdü (VİDEO)
27
may
2016
11:26
Yakutstkda sərbəst güləş üzrə Rusiya çempionatı zamanı Olimpiya yığmasının üzvləri arasında dava düşüb.
BAKU.WS-in məlumatına görə, Xüsusi Təyinatlı Polis Dəstəsinin müdaxiləsindən sonra dava kütləvi toqquşmaya çevrilib.
Dağıstanlı güləşçi İsmayıl Musukayev rəqibi Viktor Lebedevə məğlub olduqdan sonra əsəblərini cilovlaya bilməyib. Rəqibi ilə mübahisədən sonra dava böyüməyə başlayıb.
Davadan sonra çempionat müvəqqəti dayandırılıb. Kütləvi dava sakitləşdikdən sonra yarış davam etdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Moskvada 500 nəfərin iştirakı ilə kütləvi dava - VİDEO
Bu gün Moskvanın Xovanskoye qəbristanlığında 500 nəfərin iştirakı ilə kütləvi dava baş verib. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, davada...