Davudoğlunu pərt etdilər (FOTO)
Türkiyənin paytaxtı Ankarada AKP-nin konfransında maraqlı hadisə baş verib.
BAKU.WS məlumat verir ki, Türkiyənin Ankara şəhərində AKP-nin millət vəkilləri ilə tanışlıq konfransında keçirilib.
Konfransda Türkiyənin baş naziri Əhməd Davudoğlu AKP-nin Parlamentdə təmsil olunan millət vəkillərini bir-bir təqdim edib. Təqdimatda hər biri ilə əllə görüşüb.
Lakin, partiyanın İstanbuldan millət vəkili olan və 1 noyabr seçkilərində yenidən namizədliyini verən Merve Kavakçının bacısı Rövzeyi Kavakçı Kan Əhməd Davudoğlu ilə əllə görüşməyib.
Əhməd Davudoğlunun əli havada qalıb. Rövzeyi Kavakçı əlini sinəsinə sıxaraq baş nazirə salam verib.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə Bakıda tutulan nurçularla bağlı Azərbaycana müraciət edib
Rəsmi Ankara Bakıda tutulan 85 nurçu ilə bağlı Azərbaycan tərəfinə müraciət edib. BAKU.WS məlumat verir ki, ötən gün Yasamal rayonunda Milli Təhlükəsizlik Nazi...