Abdullah Gülün oğlu evləndi, Ərdoğan şahid oldu (FOTO)

Abdullah Gülün oğlu evləndi, Ərdoğan şahid oldu (FOTO)
Şou-biznes 2386

 

Türkiyənin sabiq prezidenti Abdullah Gülün oğlu Əhməd Münir Gül evlənib.

BAKU.WS-in məlumatına görə, sabiq prezidentin oğlu sadə bir toy mərasimində Ayşe Zəhra Kara ilə ailə qurub. 

Nikahı İstanbul Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş kəsib. Cütün nikah şahidləri isə prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millətlər Məclisi sədri İsmət Yılmaz, Baş nazir Əhməd Davudoğlu olublar. Nikah mərasimində təxminən 1500 qonağ iştirak edib.  

Mərasim "Qurani Kərim"in oxunması ilə başlayıb və nikah mərasimi ilə sona çatıb. Qonaqlara nikah şəkəri yerinə Məhəmməd Peyğəmbərə (s.ə.s.) sevgi, bağlılıq və həsrəti ifadə edən "Hilyə-i Şərifə" paylanıb.

 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Qarabağın simvoluna abidə qoyulacaq

Qarabağın simvoluna abidə qoyulacaq

Qarabağın simvolu sayılan "Xarı bülbül" çiçəyinə Türkiyədə abidə qoyulacaq. BAKU.WS-in məlumatına görə, bu barədə Bolu Bələdiyyə sədri Alaaddin Yılmaz söyləyib...

1753 Şou-biznes 10:12 23 avqust 2015

Son xəbərlər