Bakı-İstanbul qatarının yola düşəcəyi vaxt bəlli oldu

Bakı-İstanbul qatarının yola düşəcəyi vaxt bəlli oldu
Sosial 12932

  "Bakı-Tiflis-Qars” dəmir yolu 2016-cı ildə istifadəyə veriləcək. BAKU.WS-in ANS TV-yə istinadən verdiyi məlumata görə, Türkiyədə yaşanan son hadisələr "Bakı- Tiflis- Qars” layihəsindən də yan keçməyib. Baş verənlər Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Hətta ölkə başçısının birbaşa göstərişi ilə, Türkiyəyə yollanan baş nazirin müavini Abid Şərifov hökümət nümayədələri ilə görüşüb. Həmin görüşün təfərrüatlarını və "Bakı -Tiflis -Qars” dəmiryolu barədə son məlumatları haqqında TRASEKA-nın Azərbaycan üzrə milli katibi, Akif Mustafayev ANS-ə eksklüziv açıqlayıb: "Son günlər Türkiyədə baş verən terror hadisələri orada gedən bəzi işlərin ləngiməsinə səbəb oldu. Bunun üçün də bu ilin sonuna kimi söz verilən "Bakı-Tiflis-Qars” kəməri işə düşə bilməyəcək. Bu açılışın 2016-ci ildə olması planlaşdırılır”. Akif Mustafayev həmçinin Abid Şərifovun Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşündən də danışıb. Onun xəbərinə görə, nazirlərin də iştirak etdiyi görüşdə müəyyən olunub ki, Türkiyədə noyabr ayında baş tutacaq Parlament seçkilərindən sonra işlər daha da aktivləşəcək. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycandan Türkiyəyə qatarla bir günə getmək mümkün olacaq

Azərbaycandan Türkiyəyə qatarla bir günə getmək mümkün olacaq

Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyə...

4175 Sosial 18:10 18 avqust 2015

Son xəbərlər