Azərbaycanlı heykəltəraş Türkiyədə Koroğlu heykəli hazırladı

Azərbaycanlı heykəltəraş Türkiyədə Koroğlu heykəli hazırladı
Sosial 1486

 

Türkiyənin Bolu şəhərində Koroğlu Parkı inşa olunur.

BAKU.WS-in məlumatına görə, türk dünyasından bütün ölkələrin öz Koroğlularını sərgiləyəcəkləri nəhəng parkda Azərbaycan üçün nəzərdə tutulan ərazidə son tamanlama işləri aparılır. 

Beynəlxalq Koroğlu Parkının Azərbaycan hissəsində heykəl və dizayn işlərini bitirən azərbaycanlı heykəltaraş Akif Əsgərov Bolu Bələdiyyə sədri Alaaddin Yılmazı ziyarət edib.

Əl işlərini A.Yılmaza təqdim edən heykəltaraş belə bir layihədə çalışmaqdan qürur duyduğunu və sevincli olduğunu söyləyib. Bolu Bələdiyyə sədri Alaaddin Yılmaz isə öz növbəsində Akif Əskərovun hazırladığı heykəli bəyəndiyini bildirərək ona təşəkkür edib.

BAKU.WS

Oxşar xəbərlər

Aeroportdan şəhərə yeni avtobuslar fəaliyyətə başladı

Aeroportdan şəhərə yeni avtobuslar fəaliyyətə başladı

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərin mərkəzi istiqamətində "Bakubus” MMC-yə məxsus avtobuslar ekspress xətt üzrə fəaliyyətə başlayıb. "Azərbaycan H...

1690 Sosial 14:08 14 avqust 2015

Son xəbərlər